AZ

Türkiyənin əsas silah tədarükçülərinin adları AÇIQLANDI - VİDEO

Türkiyənin "Haber Global" televiziya kanalında Türkiyənin ən çox silah satdığı ölkələr haqqında maraqlı müzakirə təşkil olunub.

Bizim.Media xəbər verir ki, verilişdə iştirak edən Türkiyənin İqtisadi, Siyasi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri İlyas Bozkurt Ankaranın əsas silah tədarükçülərinin adlarını açıqlayıb.

"İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və Qətər daxildir. Eyni zamanda, bizdən yeni silah almağa başlayan ölkələr İndoneziya və Malayziyadır", - deyə İlyas Bozkurt vurğulayıb.

Ekspert bildirib ki, hazırda dünyada ən çox silahlanan ölkə Hindistandır:

“ABŞ, Fransa, İsrail kimi ölkələr bu satışdan böyük vəsaitlər qazanırlar”.


Bizim.Media

Seçilən
3
1
bizim.media

2Mənbələr