AZ

"BANK RESPUBLİKA" BATIR? - Vətəndaşların bankdakı pulları əriyir, hesabatlar gizlədilir...

Bankın verdiyi kreditlərin 588 milyon 449 min manatı təminatsızdır, depozitləri də kəskin azalıb

2024-cü ildə "Bank Respublika"nın nağd vəsaitləri kəskin azalıb. İlin sonuna bankın nağd vəsaitləri 486 milyon 543 min manat təşkil edib. Halbuki, 2023-cü ilin müvafiq dövründə bu rəqəm 656 milyon 253 min manat təşkil edib. Bu da təxmini hesablamalarla 25,9% azdır.

"AzPolitika" teleqraf-a istinadən xəbər verir ki, bankın digər maliyyə institutlarındakı depozitləri də kəskin azalıb. 2023-cü ilin sonundakı 143 milyon 362 min manatdan 2025-ci ilin yanvarın 1-i tarixinə 67,2% azalaraq 47 milyon 141 min manata düşüb.

Daha çox qazanmaq istəyi bankı vaxtı keçmiş kredit "bataqlığına" salıb

Hesabat ilində bank üstünlüyü əhalini borclandırmağa verib. Nəticədə kredit portfeli 2023-cü ildəki 1 milyard 174 milyon 229 min manatdan 25,3% artaraq 2024-cü ildə 1 milyard 471 milyon 886 min manata yüksəlib. Bunun 1 milyard manatdan çoxunu elə biznes kreditləri təşkil edib. İri kreditlərin bankın məcmu kapitalına nisbəti 35,30%-ə yüksəlib. Bu da kifayət qədər böyük rəqəmdir.

2024-cü ildə bank 115 mindən çox kredit xətti açıb. Həmin kreditlərin də 1544-nün vaxtı keçib. Manatla ifadə etsək, təxminən 9 milyon 920 min 89 manatdan söhbət gedir. Bu məbləğin 5 milyon 332 min manatı Bakının payına düşüb. Maliyyə hesabatlarından belə aydın olur ki, kreditlərin 1 milyon 925 min manatı artıq illərdir gecikdirilmiş vəsait hesab edilir. Bunun da 1 milyon 212 min manatı biznes sektorunun payına düşüb.

Gecikmələr daha çox istehlak kreditlərindədir. Fiziki şəxslərə verilən 458 milyon 525 min manat kreditin 4 milyon 987 min manatının vaxtı keçib. Vaxtı keçmiş kreditlərin iqtisadi sektorlar üzrə bölgüsündə kənd təsərrüfatına verilən kreditlər mühüm paya malikdir. Fermerlərə verilən 371,8 milyon manat kreditin 1 milyon 536 min manatının vaxtı keçib. Ticarət müəssisələri üzrə bu rəqəm isə 1 milyon 750 min manatdır.

Seçilən
11
4
azpolitika.info

5Mənbələr