AZ

"Nikahdan kənar doğulan uşaqlar dedikdə, bu, arzuolunmaz uşaq anlamına gəlməməlidir"

Rəsmi statistikaya görə Azərbaycanda uşaqların 15 faizi nikahdan kənar doğulur.

Bəs nikahdan kənar doğulub, istənilməyən uşaqlar sığınacaqlara yerləşdirilir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, nikahdan kənar doğulan uşaqlar dedikdə bu, arzuolunmaz uşaq anlamına gəlməməlidir.

"Belə uşaqların əksəriyyəti adi ailədə doğulan uşaqlar olur. Sadəcə bu ailələr dini nikah, yaxud nikah qurmamış ailələrdir. Sığınacağa daxil olan uşaqlar arasında belə uşaqlar olur, lakin onların valideynləri nikahdan kənar doğduqlarına görə deyil, əri tərəfindən zorakılığa məruz qalan, yaxud  hər hansı asılılığı olan, cinayət törətmiş şəxslər və ailə üzvləri tərəfindən baxımsız qalan uşaqlardır", - deyə o bildirdi.

Aytəkin TOFİQQIZI

Seçilən
20
redaktor.az

1Mənbələr