Belçika polisi Avropa Parlamentində yeni korrupsiya qalmaqalı ilə bağlı, eyni zamanda Çin texnoloji nəhəngi Huawei şirkətinin ofislərində axtarışlar aparıb.
Herbiand.az bildirir ki, bu barədə Politico xəbər verib.
“Biz təsdiq edə bilərik ki, Avropa Parlamentində korrupsiya, saxtakarlıq və çirkli pulların yuyulması ilə bağlı ilkin iddialarla bağlı araşdırmalarımız davam edir”, - Belçika prokurorluğunun rəsmisi bildirib.
Polis Brüssel, Flandriya, Valloniya və Portuqaliyada 21 ünvanda axtarış aparıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfəri həbs edib.
Prokurorlar Çin texnoloji nəhəngi Huawei ilə əlaqəli qanunsuz hərəkətləri araşdırır.
Bəxtiyar CƏFƏRLİ