AZ

“Paşinyan Bakının daha iki tələbini qəbul etdi” - Vardanyan

Azərbaycan Ermənistanla müqavilənin mətni üzrə danışıqları başa çatdırdığını elan edir. Paşinyan Bakıdan daha iki tələbi qəbul etdi - beynəlxalq iddiaların geri götürülməsi və üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi.

Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, bunu “Facebook” səhifəsində “Ermənistan” blokundan olan deputat Kristine Vardanyan yazıb.

“Paşinyan və onun komandasından başqa Ermənistanda heç kim Paşinyan və Əliyevin nə danışıq apardığını və nə barədə razılığa gəldiyini öyrənə bilməyib”, - Vardanyan qeyd edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
24
herbiand.az

1Mənbələr