AZ

Ermənistanın mina terroru davam edir. Dəqiq xəritələr isə verilmir » AzadMedia.az

Ermənistanın

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında bəyanatla çıxış edib. Dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biri kimi Azərbaycan beynəlxalq müstəvidə Ermənistanın səbəb olduğu bu terror siyasətini ifşa etməkdədir. Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında Azərbaycanın daimi missiyası bununla bağlı bəyanat təqdim edib.

Bəyanatda Azərbaycan öz ərazisində mina çirklənməsinin yüksək səviyyəsi ilə bağlı narahatlığını ifadə edib, əhalinin böyük bir hissəsinin keçmiş işğal olunmuş ərazilərdə erməni qüvvələri tərəfindən yerləşdirilmiş minalardan əziyyət çəkdiyi vurğulanıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev AzadMedia.az-a açıqlamasında mina terrorundan danışıb və azad ərazilərin minalardan təmizlənməsi istiqamətində işlərin davam etdiyini deyib:
“Ermənilərin ərazilərimizi minalamasında məqsəd insanların məhv edilməsi ilə bağlı olub. Bu çox ciddi problemdir. Çoxlu sayda minalar basdırılıb. Bizə təqdim olunan xəritələr yanlış xərtələrd. Bütün xəritələr onlarda var. Reallıq odur ki, dəqiq xəritələri vermək istəmirlər. Bununla da kütləvi şəkildə insanların məhv olmasını istəyirlər. Bu gün ANAMA tərəfindən minatəmizləmə işləri sürətlə aparılır. Bu istiqamətdə ciddi addımlar atılır. Buna baxmayaraq minalar təhlükəlidir. Hətta pərakəndə şəkildə atılmış minalar da gündəmə gələ bilər. Bu məsələ də aktual ola bilər. Maksimum dərəcədə ehtiyatlı olmalıyıq. Qadağan olunan sahələrdən uzaq durmaq lazımdır”.

Qeyd edək ki, mina çirklənməsi və Ermənistanın dəqiq mina sahələri xəritələrini təqdim etməkdən imtina etməsi qadınlar və uşaqlar da daxil olmaqla insanların həyatını almağa və şikəst etməyə davam edir. Rəsmi Bakı beynəlxalq ictimaiyyəti bu ərazilərin minalardan təmizlənməsində dəstək göstərməyə çağırıb və xüsusi məruzəçidən mina qurbanları probleminə diqqət yetirməsini xahiş edib. Bu terrordan 70 nəfər həlak olub, 314-ü yaralanıb.

Seçilən
7
1
azadmedia.az

2Mənbələr