UEFA Julian Alvarezin ötən gecə "Real"a qarşı oyunda VAR tərəfindən ləğv edilən penalti zərbəsi barədə bəyanat yayıb. 

Offsideplus.az xəbər verir ki, Avropa futbol qurumu bildirib:

"Atletiko Madrid" klubu məlum insidentdən sonra UEFA-ya sorğu göndərərmişdir. Kiçik olmasına baxmayaraq futbolçu penalti zərbəsi yetirməzdən əvvəl dayanan ayağını topa toxundurmuşdur. Bu, aşağıdakı video görüntüdə də aydındır. Hazırkı qaydalara əsasən (Laws of the Game, Law 14.1) VAR müdaxilə etmiş və qolun qeydə alınmamasına çağırmışdır. 

UEFA iki toxunuşun bilərəkdən olub-olmamasını aydınlaşdırmaq üçün FIFA və IFAB ilə müzakirələr aparacaq".