AZ

Zaqatalada üç maşın toqquşdu - Ölən və yaralananlar var + Foto

Zaqatala rayonunun Muxax kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, “Niva”, “Mercedes” və “Ford” markalı maşınlar toqquşub. 

“Niva”nın 1959-cu il təvəllüdlü sürücüsü Zaqatala rayonu Sabunçu kənd sakini Yunusov Şəmsəddin Şahmur oğlu aldığı xəsarətlərdən vəfat edib.

Hadisə zamanı “Niva”dakı sərnişinlər Əhmədova Zümrüd Mustafa qızı (1978-ci il) , Məmmədova Şəhla Şəmsəddin qızı (1987-ci il), “Ford”un sürücüsü Süleymanov Elşən Araz oğlu (1980-ci il) , sərnişinlər Allahverdiyev Şükür Elxan oğlu (1986-ci il) və Əliyev Səbuhi (1978-ci il) müxtəlif dərəcəli xəsarətlər alıblar. Qəza zamanı daha 2 azyaşlının xəsarət aldığı bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Mübariz Məmmədov


Seçilən
6
qafqazinfo.az

1Mənbələr