Hazırda dünya və Birləşmiş Millətlər Təşkilatında baş verənlər ciddi narahatlıq doğurur.
Newscenter.az xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkova XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycana gəldiyim üçün çox məmnunam. Bakıdan çox təsirləndim, eyni zamanda iki ölkə arasında çox oxşarlıqlar gördüm. Hər iki ölkə multikulturaldır. Bakı Forumu ilə bağlı isə onu deyə bilərəm ki, çağırışlarla doludur”, - o əlavə edib.
O vurğulayıb ki, dünya yeni transformasiya astanasındadır:
"Bəşəriyyət neçə dəfə “bir daha müharibə olmayacaq” desə də, yenə də müharibələr təkrarlanır. Buna görə də Azərbaycana və cənab Prezident İlham Əliyevə minnətdaram ki, burada bir araya gələrək sülh, eyni zamanda millətlərarası müharibə mövzusunda fikir mübadiləsi aparmaq imkanı qazandırdı. Bu, əla təşəbbüsdür. Biz bu prosesi davam etdirəcəyik".
Mehman Mehdiyev