1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qlobal Bakı Forumu siyasi liderləri, dövlət və hökumət başçılarını, vətəndaş cəmiyyəti liderlərini və alimləri fikir mübadiləsi aparmaq üçün bir araya toplayır. Ona görə də mövcud problemlərə qarşı bildiklərimizi bölüşmək üçün bu platforma çox yaxşıdır. Bu baxımdan, hər il bu forumu səbirsizliklə gözləyirəm".
Bunu Oxu.Az-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının sabiq diplomatı Frensis Martin O'Donnell deyib.
O bildirib ki, dünyadakı mövcud vəziyyət heç vaxt bu qədər kövrək olmadığı üçün builki Qlobal Bakı Forumu əvvəlkilərdən daha vacibdir:
"Beynəlxalq razılaşmaların pozulduğunu, çoxtərəfli münasibətlərin sıradan çıxdığını nəzərə alsaq, deyə bilərik ki, BMT sistemini yenidən işə salmağın vaxtı çatıb".
Azərbaycan-Ermənistan münasibətlərindəm danışan keçmiş diplomat deyib ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması xüsusilə vacibdir:
"Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasında aparılan danışıqlar müsbət yekunlaşacaq və tərəflər sülh müqaviləsi imzalayacaqlar".
Mərahim Nəsib