AZ

“Sihirli Annem” serialı film olaraq geri qayıdır

2003-2005-ci illər arasında yayımlanan və dövrünün ən sevilən uşaq seriallarından biri olan “Sihirli Annem” geri qayıdır.

Ölkə.az Türkiyə KiV-ə istinadla xəbər verir ki, bir çox insanın komfort zonası kimi gördüyü və illərdir izləməkdən doymadığı bu məşhur serialın filmə uyğunlaşdırılacağı xəbəri böyük maraq doğurub.

Tanınmış jurnalist Birsen Altuntaşın verdiyi məlumata görə, serialın film versiyasında köhnə aktyor heyəti yenidən bir araya gələcək. Əsas rolu canlandıran İnci Türkay uzun fasilədən sonra yenidən Betüş obrazı ilə çəkilişlərə qatılacaq.

Qeyd edək ki, “Sihirli Annem” Türkiyə televiziyasının ən məşhur fantaziya seriallarından biri olaraq yaddaşlarda qalıb. Serialda İnci Türkayla yanaşı, Şahap Sayılgan, Nevra Serezli, Gül Onat və bir çox digər tanınmış aktyorlar da rol almışdılar.

İllər sonra köhnə komandanın yenidən bir araya gəlməsi serialın pərəstişkarları tərəfindən böyük coşqu ilə qarşılanır. Film layihəsi ilə bağlı daha ətraflı məlumatların tezliklə açıqlanacağı gözlənilir.

Həmidə İbrahimova

Seçilən
6
olke.az

1Mənbələr