İngiltərədə yaşayan 2 yaşlı Cuvan adlı uşaq bir tanışının onu öpməsindən sonra görmə qabiliyyətini itirib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, daha sonra övladlarının gözündə problem olduğunu göən valideynləri onu dərhal xəstəxanaya aparıblar.
Cuvanı müalicə edən həkim isə azyaşlıya yanlız antibiotik verməklə kifayətlənib.
Vəziyyətin ciddi olacağını düşünən valideynlər uşağı başqa bir həkimin yanına aparıblar.
Müayinələr nəticəsində Cuvanın “herpes simplex” adlı virusa yoluxduğu məlum olub. Bu virus onun göz sağlamlığını pozub və qabarcıqların əmələ gəlməsinə səbəb olub.
Gözdəki zədə getdikcə böyüyüb və nəhayət buynuz qişada 4 mm-lik deşik açılıb. Cuvanın gözündəki yara zamanla infeksiyaya səbəb olub. Bütün müdaxilələrə baxmayaraq azyaşlının gözü görmə qabiliyyətini tamamilə itirib.
Son çarə olaraq Cuvanın gözünü qorumaq üçün göz qapaqları bir-birinə tikilib. Onun görmə qabiliyyətini bərpa etmək üçün buynuz qişasının köçürülməsi ehtimalı var. Məqsəd göz bəbəyi ilə beyin arasında əlaqəni bərpa etməkdir.
Ayaqlardakı sinirlərdən göz yuvasına köçürülmə planlaşdırılır. Bununla belə onun görmə qbailiyyətinin bərpa olunub-olunmayacağı dəqiq deyil.
"Kiminsə körpənizi öpməsinə icazə verməyin. Kiçik bir virus böyük travmaya səbəb ola bilər", - deyə Cuvanın ailəsi söyləyib.
Billurə Yunus