AZ

Monteneqronun sabiq müdafiə naziri: Qlobal Bakı Forumunda bu il aparılan müzakirələr olduqca maraqlıdır

Qlobal Bakı Forumu tolerantlıq və qarşılıqlı anlaşmaya əsaslanan müzakirələr aparmaq üçün unikal platformadır.

Herbiand.az bildirir ki, bu barədə AZƏRTAC-a müsahibəsində XII Qlobal Bakı Forumunun iştirakçısı - Monteneqronun sabiq müdafiə naziri Militsa Peyanovic-Durişiç deyib.

“Gördüyünüz kimi, burada müxtəlif ölkələrdən gələn, müxtəlif vəzifələri tutan və dünyadakı çağırışları necə həll etmək üçün müxtəlif təkliflərlə çıxış edən insanlar bir araya gəliblər. Bu isə bizə maneəsiz danışmaq, aramızda olan fərqləri anlamaq imkan yaradır.

Hazırda beynəlxalq aləmdə baş verən proseslər dünya düzənini risk altına salır və Forumun iştirakçılarını narahat edir. Zənnimcə, bu il aparılan müzakirələr olduqca maraqlıdır. Hazırkı çağırışları necə həll etmək və irəli addımlamaq üçün çoxlu sayda təkliflər, ideyalar səsləndirilir”, - deyə Militsa Peyanovic-Durişiç əlavə edib.

Seçilən
18
2
herbiand.az

3Mənbələr