Martın 13-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı gözlənilmir.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
Kremlin sözçüsü, iki prezident arasında telefon əlaqəsinin olub-olmaması ilə bağlı sualı cavablandırarkən, “Bu gün yox”, - cavabını verib.