Bakı. Trend:
Qlobal rəqəmsal imkanlar hamı üçün əlçatan olmalıdır.
Trend xəbərverir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində "Gələcəküçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzusundakeçirilən panel iclasında Beynəlxalq Telekommunikasiya İttifaqınınbaş katibinin müavini Tomas Lamanauskas deyib.
Tomas Lamanauskas qeyd edib ki, pakt çərçivəsində rəqəmsalvasitələrin tətbiqində məqsəd yeni strukturlar yaratmaq deyil,mövcud boşluqları aşkar etmək və onların aradan qaldırılmasıyollarını tapmaqdır.
O vurğulayıb ki, qlobal rəqəmsal təşəbbüs rəqəmsal uçurumunaradan qaldırılmasına yönəlib, çünki dünyada 2,6 milyard insanınhələ də internetə çıxışı yoxdur.
Lamanauskas süni intellekt kimi yeni texnologiyalardanistifadəyə və onların həyata keçirilməsi ilə bağlı risklərin idarəolunmasının vacibliyinə xüsusi diqqət yetirib.
"Rəqəmsal imkanlar hamı üçün əlçatan olmalıdır vətexnologiyaların, o cümlədən süni intellektin inkişafı ilə bağlıriskləri düzgün idarə etmək vacibdir", - o bildirib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.