AZ

Qukasyandan daha bir ETİRAF: ""Qarabağ məhsulları"nın üzərində..."

Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin "büdcə"sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf edib.

Publika.az xəbər verir ki, A.Qukasyan qondarma rejimin "büdcə"sinə Ermənistan tərəfindən ayrılan vəsaitin "kredit" adlandırıldığını, lakin həmin "kredit"in faizsiz və müddətsiz olduğunu bildirib.

"O zaman "faizsiz kreditlər" adlandırılırdı. Yəni yaxın müddətdə kreditlərin geri qaytarılması məsələsi yox idi. Bundan əlavə, Qarabağdan "ixrac olunan" və "idxal edilən" məhsulların gömrük məsələləri Ermənistanda həyata keçirilirdi. Qarabağdakı "idxal" və "ixrac"la bağlı Ermənistan Respublikasının Dövlət Gömrük Xidmətində toplanan vəsaitlər də "faizsiz kreditlər"ə daxil idi", - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs deyib ki, "Qarabağın məhsulları"nın Ermənistan vasitəsilə xaricdə satışından əldə olunan gəlir Ermənistanın "kredit" adı ilə qondarma rejimin "büdcə"sinə ayırdığı vəsaitdən az idi.

Seçilən
10
32
publika.az

10Mənbələr