AZ

Dünyada beynəlxalq normaların zəifləməsi müşahidə olunur - İƏT-in baş katibi

Bakı. Trend:

Dünyada beynəlxalq normaların zəifləməsi müşahidə olunur.

Trend xəbərverir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində "Gələcəküçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzusundakeçirilən panel iclasında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT)baş katibi Əsəd Məcid Xan deyib.

"Vəziyyəti və üzləşdiyimiz çağırışları - durğun ÜmumdünyaTicarət Təşkilatı, iflic vəziyyətində olan Təhlükəsizlik Şurası,qeyri-funksional ticarət və maliyyə sistemləri, zəifləmişbeynəlxalq normalar və beynəlxalq maliyyə institutlarının fəaliyyətgöstərməməsini nəzərə alsaq, bu fonda gələcəyin indi burada olmasıözlüyündə böyük nailiyyətdir", - o deyib.

Məcid Xan qeyd edib ki, bu gün qloballaşma prosesində iştiraketmək üçün ölkələrin könüllü olaraq tərk etdikləri o mövqeləri vəbazaları bərpa etmək istəyi var. Və bu tendensiya getdikcəgüclənir.

“Bizim üçün həqiqətən də bu istəyə nəyin səbəb olduğunu başadüşmək vacibdir” - o bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Məqalədə:
Seçilən
16
3
az.trend.az

4Mənbələr