AZ

Paşinyan: “Zəngəzur dəhlizi” ifadəsi bizim üçün anlaşılmaz və qəbuledilməzdir

“Zəngəzur dəhlizi” ifadəsi bizim üçün anlaşılmaz və qəbuledilməzdir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanda bu ifadə suverenlik və ərazi bütövlüyünə təhklükə kimi qarşılanır: "Onu da qeyd etmək istərdim ki, regional kommunikasiya xətlərinin açılmasını ən çox müdafiə edən bizik, çünki əslində blokadada olan bizik. Regionda heç bir başqa ölkə blokadada deyil. Bizim dörd sərhədimiz var və onlardan ikisi tamamilə bağlıdır. Təkcə bu fakt aydın şəkildə göstərir ki, biz regional nəqliyyat marşrutlarının açılmasında əslində nə qədər maraqlıyıq”, - deyə Paşinyan vurğulayıb.

Seçilən
19
5
apa.az

6Mənbələr