AZ

Azərbaycanda 17 yaşlı gənc öldürüldü, bir nəfər bıçaqlandı

Yevlaxda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Yevlax şəhəri ərazisində qeydə alınıb. Tərəflər arasında yaranmış mübahisə davaya səbəb olub. Nəticədə 2008-ci il təvəllüdlü Ayxan Quliyev bıçaqlanaraq öldürülüb. 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə xəsarətlər alıb. Xəsarət alan şəxs Yevlax mərkəzi xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.


Telegram kanalımız
Seçilən
32
3
yenisabah.az

8Mənbələr