AZ

Həndbol millimiz ABŞ yığmasına məğlub OLDU

Azərbaycan millisi həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında bu gün növbəti oyununu keçirib.

"Unikal" xəbər verir ki, B qrupunda yer alan yığma Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirdə ABŞ ilə üz-üzə gəlib.

Qarşılaşma rəqib komandanın 45:25 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Moldovaya 21:33, Nigeriyaya 17:29 hesabı ilə uduzub.

Seçilən
45
5
unikal.az

6Mənbələr