Azərbaycan enerji konsepsiyası çərçivəsində bir neçə dənizi vahid marşrutla birləşdirməyə çalışır.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XII Qlobal Bakı Forumu çərçivəsində panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs Xəzər, Qara, Aralıq və Adriatik dənizlərini əhatə edir.
“Azərbaycan və Balkan ölkələri arasında böyük məsafə olsa da, biz sıx əlaqələr qurmağa çalışırıq”, - deyə H.Hacıyev qeyd edib.