“Erməni Soyqırımı” hazırda xarici siyasətimizin prioritetləri arasında deyil”.
“Qafqazinfo” Erməninstan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərə verdiyi müsahibəsi zamanı deyib.
Baş nazirin sözlərinə görə, bu artıq tarixlə bağlı olan mövzudur və indiki durumdaTürkiyə ilə münasibətlərdə normallaşma prosesindən söz gedə bilər:
“Normallaşma ilə bağlı təşəbbüslərin nəticələrini zaman göstərəcək. Bəlkə də bu aylarla çəkəcək. Amma mənim mövqeyi budur ki, bu prosesdə səbirlə davam etməliyik. Əvvəla zərər verməmək prinsipini qəbul etməliyik. Əgər prosesə bilərəkdən zərər vurmasaq, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması tez bir zamanda mümkün olar”.