Yevlaxda qətl hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Yevlax şəhəri ərazisində qeydə alınıb. Tərəflər arasında yaranmış mübahisə davaya səbəb olub.
Nəticədə 2008-ci il təvəllüdlü Ayxan Quliyev bıçaqlanaraq öldürülüb. 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə xəsarətlər alıb. Xəsarət alan şəxs Yevlax mərkəzi xəstəxanasına çatdırılıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 2009-cü il təvəllüdü Mustafalı Həsən və 2007-ci təvəllüdlü Quliyev Rəhim polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Fakt araşdırılır.