AZ

Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək

Bakı. Trend:

Martın 18-də - ilaxır çərşənbə günü Heydər Əliyev MərkəzindəAzərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xəttiilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumkeçiriləcək.

Trend xəbərverir ki, Forumda İraq, Suriya və Türkiyədən 30-dan vətəndaşcəmiyyəti təmsilçisi iştirak edəcək.

Onların arasında İraq parlamentinin Türkmanlar qrupunun sədri,ictimai-siyasi xadim Ərşad Saleh, İraq Tarixçiləri Birliyinintəmsilçisi, “Türkmaneli” qəzetinin baş redaktoru Najat Şükür, İraqtürkmanlarının “Tert TV” kanalının rəhbəri Türkeş Saleh, SuriyaTürkman Dərnəkləri Federasiyasının prezidenti Tarık Sulo Cevizci,Suriya Türkman Platformasının yaradıcısı Əsəd Arber və başqalarıyer alır.

Forumda “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri” və“Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panellərdətürkmanəsilli vətəndaş cəmiyyəti təmsilçiləri yerli QHT-lərlə birgəmüzakirələr aparacaq.

Tədbirdən əvvəl – martın 15-17-də türkman qonaqlar İraqdayaşayıb-yaratmış dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinəadlandırılan Füzuli şəhərinə və işğaldan azad edilmiş digərərazilərə - Şuşa, Xankəndi, Xocalı və Suqovuşana səfər edəcək,bayram şənliklərinə qatılacaq, Bakıda Zəfər parkını, HərbiQənimətlər Parkını və digər görməli yerləri ziyarət edəcəklər.

Martın 18-də - forumdan sonra türkman qonaqlarla birgə BakıdaNovruzun ilaxır çərşənbəsi qeyd olunacaq.

Seçilən
61
16
az.trend.az

10Mənbələr