AZ

Şamaxıda ağır qəza – Ölənlər var

Şamaxıda avtomobil qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün saat 13 radələrində Bakı-Şamaxı-Yevlax yolunda, Şamaxı rayonunun Meysəri kəndi ərazisində “Mercedes” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü, 1980-ci il təvəllüdlü Tərlan Ağayev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Heftelik.az-a verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunda (Bakı-Şamaxı-Yevlax avtomobil yolununun 138-ci kilometrliyində) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük və minik avtomobilləri toqquşub, 2 nəfər köməksiz vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
2
2
heftelik.az

5Mənbələr