Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının keçmiş prezidenti Vuk Yeremiç ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında məlumat yayılıb.
Bildirilib ki, tərəflər XII Qlobal Bakı Forumu çərçivəsində bir araya gəliblər.
Onlar qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.
Bizim.Media