“Azərbaycan ərazisi (1918-2025)” adlı kitabın təqdimat mərasimi keçirilib.
News365.az xəbər verir ki, Martın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Milli Məclisin deputatı tarix elmləri doktoru, dosent Vasif Qafarov və Azərbaycan Respublikası baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyevin birgə müəllifi olduqları “Azərbaycan ərazisi (1918-2025)” adlı kitabın təqdimat mərasimi keçirilib.