AZ

Baş ədliyyə müşaviri Firad Əliyev təltif edildi

Baş ədliyyə müşaviri Firad Əliyev təltif olunub.

Aznews.az məlumatına görə, 12 mart - Daxili Qoşunlar Günü münasibətilə daxili işlər nazirinin müavini, Daxili Qoşunlar Komandanı, general-leytenant Şahin Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Hərbi Prokurorluq arasında ictimai əlaqələrin təmin edilməsində və informasiya əməkdaşlığı fəaliyyətində fərqləndiyinə görə baş ədliyyə müşaviri Firad Əliyevi "Daxili Qoşunlar Fərmanı" ilə təltif edib.

Xatırladaq ki, Firad Əliyevi 26 iyun 2024-cü il tarixdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə və 14 avqust 2024-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Yaranması Günü münasibətilə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə, Azərbaycan Respublikasının baş prokuroru, l dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev isə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə xidməti vəzifələrini nümunəvi icra etdiyinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif ediblər.

Seçilən
0
5
aznews.az

6Mənbələr