AZ

İsrail Dəməşqə hava zərbələri endirib

Hava hücumunun əsas hədəfi Fələstinin “İslam Cihadı” hərəkatının qərargahı olub.

İsrail hərbi təyyarələri Suriyanın paytaxtı Dəməşqə hücum edib.

Operativ Media xəbər verir ki, İsrail qırıcıları yerli vaxtla saat 13:45-də Məşru-Dummar rayonundakı bir binanı hədəfə alıb.

Hadisə zamanı iki güclü partlayış eşidilib, binadan tüstü qalxıb.

İsrailin Channel 14 telekanalı bildirir ki, hava hücumunun əsas hədəfi Fələstinin “İslam Cihadı” hərəkatının qərargahı olub.

Seçilən
4
operativmedia.az

1Mənbələr