Madrid “Real”ının müdafiəçisi Ferlan Mendi Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyununda aldığı zədədən sonra xəstəxanaya yerləşdirilib.
Futbolpress.az xəbər verir ki, Madrid klubunun mətbuat xidməti daha əvvəl Mendinin diaqnozunu açıqlasa da, onun sağalmasının nə vaxt baş verəcəyi barədə məlumat paylaşılmayıb.
Jurnalist Arança Rodriqezin sosial şəbəkədə paylaşdığı xəbərə görə, futbolçunun sağalması üç həftə ilə bir ay arasında davam edəcək. Fransalının aprelin ilk yarısında meydana dönəcəyi gözlənilir.
“Real” hazırda İspaniya çempionatında “Vilyarreal”la oyuna hazırlaşır.
Komandalar 15 mart şənbə günü, Bakı vaxtı ilə saat 21:30-da oyuna başlayacaq.