Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonda yerləşən dönərxanaların birində baş verib. Belə ki, 10 nəfərə yaxın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər, onlara yardım edilib. Məlumata görə həmin şəxslər dönərdən zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov