“Comex” birjasında ticarət zamanı qızılın qiyməti yeni tarixi maksimuma çataraq, troy unsiyası üçün 2950 dollar həddini keçib.
Bu, ticarət platformasında dərc olunan məlumatdan irəli gəlir.
Bakı vaxtı ilə saat 06:42-ə olan məlumata görə, qiymətli metalın bir unsiyasının qiyməti 2951,3 dollar təşkil edib. Bakı vaxtı ilə saat 07:43-ə olan məlumata görə, qızılın qiyməti bir unsiya üçün 2953,8 dollara kimi artımını sürətləndirib.
Ötən ilin sonunda qızıl fyuçerslərinin qiyməti troya unsiyası üçün 2600 dollardan aşağı düşüb.
//Samir Qurbanov, Editor.az