Ruslar ukraynalı hərbi əsirləri öldürməkdə davam edir. Sosial şəbəkələrdə ruslar tərəfindən əsir götürülən silahsız ukraynalı hərbçilərin ehtimal olunan edamını əks etdirən daha bir video yayılıb.
Editor.az bildirir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubinets məlumat verib. “Yayımlanan videoda azı 5 hərbi əsirinin öldürüldüyü göstərilir. Biz bir daha Rusiya ordusunun beynəlxalq humanitar hüquqa həyasızcasına etinasızlığını görürük”, – o qeyd edib.
//Samir Qurbanov, Editor.az