"Ukraynada atəşkəs olmasa, bu, dünya üçün “məyusluq” olacaq".
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı bildirib.
“Gəlin görək Rusiya orada olacaqmı (atəşkəs razılaşmasında). Əgər o, orada olmasa, bu, dünya üçün böyük... məyusluq olacaq”, - Tramp əlavə edib.
ABŞ lideri əlavə edib ki, Birləşmiş Ştatlar Ukraynadakı hərbi münaqişəyə yekun son qoyulmasının təfərrüatlarını müzakirə etməyə davam edir.