AZ

Tramp: Putinin bəyanatları ümidverici, amma natamamdır

ABŞ prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutteni qəbul edib.

Turkustan.az xəbər verir ki, Rutte ilə birlikdə jurnalistlərə açıqlama verən Tramp Ukrayna ilə Rusiya arasında yaradılması planlaşdırılan atəşkəslə bağlı qiymətləndirmələr edib.

Rusiya prezidenti Vladimir Putinin verdiyi açıqlamalara toxunan Tramp, "Putinin açıqlamaları ümidverici idi, amma natamam idi. Rusiyanın orada olub-olmadığını görəcəyik, amma olmasalar, bütün dünya buna məyus olacaq"-deyə, bildirib.

Tramp Moskvada olan Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun bu axşam Putinlə görüşəcəyini də açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
18
turkustan.az

1Mənbələr