AZ

Arda bu kluba getmək istəyir -

“Real Madrid”in futbolçusu Arda Güler məşqçi Karlo Ançelotinin ona şans verəcəyinə etimad göstərmir. Metbuat.az xəbər verir ki, futbolçunun “Real”dan getməyə qərar verdiyi irəli sürülür. “NTV Spor”un İspaniya və Almaniya mənbələrinə istinadən məlumatına görə, Arda yaxın ətrafına Ançelottinin onu aldatdığını deyib. İtaliyalı məşqçi mövsümün əvvəlində əsas və ehtiyat oyunçular arasında fərqin olmayacağını bildirmişdi. Bildirilir ki, məşqdə bacarığını ortaya qoyan Arda Ançelottinin rəğbətini qazana bilməyib. İddialara görə, Arda "Real Madrid"də daha bir mövsümü itirmək istəmir. Bildirilir ki, Ançelotti klubda qalarsa, Arda başqa komandaya icarəyə getməyə üstünlük verəcək. Onun agentinin artıq bəzi klublarla əlaqə saxladığı bildirilir.

Xəbərdə deyilir ki, Vinisius və ya Rodriqo klubu tərk edərsə, Ançelotti Ardaya daha çox forma şansı verə bilər. Ardanın əsl məqsədinin A seriyasında oynamaq olduğu iddia edilib. Almaniyanın “fussball.news” futbol saytı futbolçunun milli komanda yoldaşı Kənan Yıldızın da çıxış etdiyi “Yuventus"da oynamağa üstünlük verdiyini yazıb.

Seçilən
18
metbuat.az

1Mənbələr