AZ

Türkiyə ilə sazişi ratifikasiya etməyə hazırıq - Zelenski

Ukrayna Türkiyə ilə azad ticarət sazişini ratifikasiya etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Türkiyə hökuməti və biznes nümayəndələri ilə görüşündə deyib.

"Türkiyəli tərəfdaşlarla məzmunlu görüş keçirdik. Bu, Ankarada prezident Ərdoğanla əvvəlki razılaşmalarımızın nəticəsi idi. Türk biznesi artıq Ukraynada fəal fəaliyyət göstərir və biz bunu, eləcə də “Bayraqdar”ların tədarükü də daxil olmaqla, onların dəstəyini yüksək qiymətləndiririk", - Zelenski qeyd edib.

Seçilən
2
2
axar.az

3Mənbələr