"Rusiya Ukraynada döyüş əməliyyatlarının dayandırılması təklifi ilə razıdır, lakin o uzunmüddətli sülhə gətirməli və böhranın ilkin səbəblərini aradan qaldırmalıdır".
Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
V.Putinin sözlərinə görə, atəşkəs təklifinin nüansları var: "Bəzi yerlərdə Ukrayna Silahlı Qüvvələri üçün istənilməyən hal alan vəziyyət nəzərə alınmalıdır".
Kremlin başçısı Kursk vilayətindəki vəziyyəti xatırladıb: "Orada vəziyyət bizim tam nəzarətimiz altındadır. Ərazimizə soxulan qruplaşma təcrid vəziyyətindədir".