AZ

Sürücünü döyənlərlə bağlı müəmma: qərar niyə dəyişdi?

  Xəbər verdiyimiz kimi, Bakıda yolun ortasında sürücünü soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə döyən dörd nəfər – Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib. Lakin bundan öncə hadisədə iştirak edən üç şəxs məhkəmənin qərarı ilə 3 ay müddətinə ev dustaqlığına buraxılmışdı. Bu isə qərarlarla bağlı müəyyən şübhələrin yaranmasına yol açıb. Hətta düşünülür ki, sözügedən şəxslər barəsində əvvəlki qətimkan tədbiri tapşırıq və ya rüşvət əsasında olub.

Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, mümkündür ki, ilkin mərhələdə sürücüyə sadəcə bədən xəsarətləri yetirdikləri üçün cinayət işi açılıb:


serdar
Sərdar Cəlaloğlu


“Yəqin, sonra görüntülərə baxdıqdan xuliqanlıq əməlləri görünüb və həbs qətimkan tədbiri seçilib. Çünki məhkəmə cinayətin xarakterindən asılı olaraq qərar qəbul edir. Rüşvət və korrupsiya budəfəki məhkəməyə qədər olar bilərdi. Lakin ev dustaqlığı və ya həbs eyni mahiyyət daşıyır. Sadəcə həbs qətimkan tədbiri Azərbaycanda dəbdə olan bir qərardır”.

Xatırladaq ki, cari il fevralın 5-də paytaxtın Binəqədi rayonunda bir qrup şəxs aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vurub və yararsız hala salıb. Həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.  

Seçilən
8
referans.az

1Mənbələr