AZ

"Avrora" işçi axtarır - VAKANSİYA

Avrora

İR Əməliyyatları üzrə Bölməsinin rəhbəri

Son tarix 13 apr 2025 - [email protected]

Əsas vəzifə öhdəlikləri 

  • Qanunvericiliyin tələblərinə uyğun olaraq, hər bir işçinin şəxsi işinin aparılmasına, işçiyə aid bütün sənədlərin işçinin şəxsi işinə əlavə edilməsinə nəzarət etmək
  • İşçilərin illik məzuniyyətlərinin planlanmasını hazırlamaq, növbəlilik cədvəllərinin və əvəzetmə planlarını tərtib etmək və onların icrasını təqib etmək
  • Sənədləşmə prosesi ilə bağlı məsələləri koordinasiya etmək
  • İşçilərlə əlaqədar əmrlərin hazırlanıb, imzalanması və icraçılara düzgün çatdırılması işini təşkil etmək;
  • İşçilər ilə bağlı yaranmış nizam-intizam məsələlərində prosesin idarə edilməsi;
  • Dövlət idarəetmə orqanlarına, eyni zamanda şirkətin rəhbərliyinə və digər təşkilatlara təqdim ediləcək kadrlarla bağlı hesabatları hazırlamaq və vaxtında təqdim etmək;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtlı-vaxtında və dəqiq icra etmək.

Tələb olunan bilik və bacarıqlar

  • Yüksək səviyyədə AR Əmək məcəlləsi bilikləri;
  • Analitik düşüncə və problem həll etmək bacarığı;
  • Yaxşı səviyyədə MS Excel biliyi,
  • İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
  • İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı.     
  • ƏMAS Hökümət portalını mükəmməl bilməli

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri 

  • Müvafiq sahə üzrə ən az 3-5 il iş təcrübəsi;

İş şərtlərimiz

  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “İR Əməliyyatlar üzrə Bölmə Rəhbəri” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Seçilən
10
fed.az

1Mənbələr