ABŞ prezidenti Donald Trampın administrasiyası daha böyük təzyiq göstərmək üçün Rusiyaya qarşı maksimum sanksiyalar tətbiq edə bilər.
Bu barədə ABŞ Maliyyə Naziri Scott BessentCNBC telekanalına müsahibəsində deyib .
“Sizə deyə bilərəm ki, biz onları [sanksiyaları] “on”a çatdırmaqdan çəkinmirik. Və yenə də bütün bunlar Trampın uğurlu danışıqlara hazırlaşmasının bir hissəsidir. O, hər iki tərəfə maksimum təzyiq göstərməyə hazırdır”, - Bessent bildirib.
O, ABŞ-nin keçmiş prezidenti Co Baydenin tətbiq etdiyi sanksiyaların kifayət qədər sərt olmadığını hiss etdiyi üçün çox məyus olduğunu bildirib.