Məşhur aktyor Enis Arıkan Ajda Pekkanın bacısı Semiramis Pekkanın "YouTube" proqramında qonaq olub. İkili tanışlıqlarının maraqlı hekayələrini bölüşüblər və əyləncəli anlar yaşayıblar.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, Enis Arıkan Semiramis Pekkanla ilk tanış olduğu zaman onun bacısı Ajda Pekkan olduğunu zənn etdiyini etiraf edib. Arıkan "İllərdir eşidirəm ki, Ajda Pekkan məni çox sevir. Mən də onun böyük pərəstişkarıyam. Bir gün onunla bir yerdə görüşmək istəyirdim. Bir konsertdə rastlaşdıq və onun ətrafında gəzərək məni görməsini gözlədim, amma yaxınlaşmağa utandım," - deyə bildirib.
Semiramis Pekkan isə bu vəziyyətə gülərək, "Narahat olma, birinci ərim də bizi qarışdırmışdı," - deyə cavab verib. Pekkan "Əlbəttə ki, səni tanıyırdım və çox xoşuma gəlirdin, amma sonra gəldin, 'Mən Enisəm' dedin və getdin. Dedim ki, bu çox qəribə və soyuq bir oğlandır," - deyə əlavə edib.
Qeyd edək ki, Semiramis Pekkanın ilk həyat yoldaşı mərhum aktyor Fikret Hakandır.
Onu da əlavə edək ki, Semiramis 77, Ajda isə 79 yaşındadır.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)