AZ

"Mənim haqqımı başqasına vermə!" Afaq Bəşirqızı sərt danışdı

Tanınmış aktrisa Afaq Bəşirqizi aktyorların qarşılaşdığı çətinliklərdən danışıb. O, Sumqayıt Teatrının aktyoru Kamil Məhərrəmovun həyatından bəhs edərək, sənət adamlarının çox zaman haqsızlığa məruz qaldığını vurğulayıb.


"Onun gözlərinə baxanda insan dayana bilmirdi. Komik aktyor idi, amma gözlərindən faciə damırdı. Teatrda cəmi il yarım çalışdı, sonra getdi. Moskvaya gedən bir aktrisaya isə əməkdar artist adı verdilər. Bu haqsızlıq ona çox ağır gəldi," – deyə aktrisa bildirib.


Afaq Bəşirqizi Məhərrəmovun həyatının faciəvi şəkildə sonlandığını qeyd edib: "O, içkiyə qurşandı. Hər adamın güclü iradəsi olmur. Axırda avtomobildə öldü, üç gün meydi qaldı. Niyə öldü? Çünki dözə bilmədi!"


O, aktyorların çətin həyat şəraitinə də toxunaraq, onların maddi sıxıntılarla üzləşdiyini vurğulayıb: "Əgər əməkdar artist olsaydı, maaşına 150 manat əlavə edilərdi. Bəzən elə haqsızlıqlar olur ki, insanlar buna dözə bilmir."


Aktrisa həmçinin Bakı studiyasına hörmət etdiyini, çünki onların aktyorların problemlərini olduğu kimi işıqlandırdığını deyib: "Bir dəfə təsadüfən evdə oturmuşdum, telefon zəng çaldı. Dedilər ki, Afaq xanım, siz canlı yayımdasınız. Mən də dedim ki, onda cansız yayıma qoşmayın!"


Sonda Afaq Bəşirqizi sənət aləmindəki ədalətsizliklərə qarşı çıxaraq haqsızlıq edənlərə sərt mesaj göndərib: "Rədd olun, çıxın gedin! Biz dərindən nəfəs

ala bilək!"


Seçilən
35
news365.az

1Mənbələr