Ailə quran cütlüklərin bir qismi sevgi evliliyi edib, bəziləri isə məntiq.
Maraqlıdır, uzun ömürlü izdivacın olması üçün sevgi evliliyi yoxsa məntiq evliliyi olmalıdır.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, məntiqlə verilən qərarlar düşünülərək verilən qərarlardır. Məntiqli qərarlar ailə dediyimiz qavramı daha sağlam ayaqda tutur:
"Düzdür sevgi önəmli faktordur amma məntiq sevgidən bir səviyyə öndədir. Həmçinin, sevgi ilə məntiqi bir arada ön plana çəkmək olar. Yəni, məntiqli sevgi deyilən bir anlayış da var.Sevgidən daha vacibi qarşılıqlı hörmət, diqqət və qayğıdır. Ailə qurulan şəxslə davamlı bir münasibət istəyilirsə müəyyən mənada məntiq olmalıdır”.
Sevinc