Ukrayna prezidenti Volodmir Zelenski Türkiyə ilə Azad Ticarət Sazişini ratifikasiya etməyə hazır olduqlarını açıqlayıb.Zelenski sosial media hesabından verdiyi açıqlamada Kiyevdə Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı, Ticarət Naziri Ömər Bolat və türk iş dünyasının nümayəndələrini qəbul etdiyini bildirib.Sözügedən görüşün prezident Rəcəb Tayyib Ərdoğanla Türkiyədə keçirdiyi son görüşün nəticəsi olaraq keçirildiyini bildirən Zelenski, “Türk iş dünyasının Ukraynada olması vacibdir” deyib.Zelenski bildirib ki, Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması üçün səylər, Türkiyə ilə Ukrayna arasında əlaqələrin inkişafı, müxtəlif tipli pilotsuz uçuş aparatlarının (PUA) istehsalı sahəsində əməkdaşlıq imkanları və türk şirkətlərinin Ukraynanın yenidən qurulmasında iştirakı müzakirə olunub.Ukrayna ilə Türkiyə arasında azad ticarət sazişini ratifikasiya etməyə hazır olduqlarını bildirən Zelenski, “Ölkəmiz Türkiyəni həm strateji tərəfdaşlarından, həm də təhlükəsizlik tərəfdaşlarından biri kimi görür və prezident Ərdoğanın qarşıdan gələn səfəri zamanı Türkiyə ilə Azad Ticarət Müqaviləsini ratifikasiya etməyə hazırdır” deyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta