Türkiyəli tanınmış aktyor Şinasi Yurdsevər 51 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə aktyor Zəfər Alagöz sosial şəbəkədə məlumat paylaşıb.
Onun sözlərinə görə, Yurdsevər bir müddət idi ki, xərçəngdən müalicə alırdı.
Qeyd edək ki, Ş.Yurdsevər 1997-2000-ci illərdə “Küçük İbo” teleserialında canlandırdığı Səlcuq obrazı ilə yadda qalmışdı.
O, karyerası boyunca bir çox film və teleseriallarda rol alıb.
Yurdsevər “İlan Hekayəsi”, “Avropa Yakası”, “Əcnəbi kürəkən”, “Bir bulud olsam”, “Eşq və Cəza” kimi bir çox ekran əsəri ilə tamaşaçıların xatirində qalıb.