AZ

Tramp: “Ümid edirəm ki, Rusiya düzgün iş görəcək”

  "Rusiya prezidentinin sözlərini ümidverici bəyanat hesab edirəm".

Teleqraf "Sky News"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vladimir Putinin Ukraynada müvəqqəti atəşkəsə hazır olması ilə bağlı sözlərini şərh edərkən deyib.

O, Rusiya prezidentinin ümidverici bəyanatla çıxış etdiyini, lakin bunun natamam olduğunu deyib.

“Putinlə atəşkəs təklifini müzakirə etməyə hazıram. Ümid edirəm ki, Rusiya düzgün iş görəcək”, - Tramp bildirib.  

Seçilən
2
1
referans.az

2Mənbələr