AZ

Tramp Moskvada keçirilən görüşdə Putinlə danışıqları ŞƏRH ETDİ – VİDEO

Tramp Moskvada Rusiya-Amerika məsləhətləşmələri zamanı Putinlə danışıqları şərh edib.

İnterpress.az xəbər verir ki, Moskvada Rusiya-Amerika danışıqları fonunda ABŞ prezidenti Donald Tramp Ukraynada atəşkəsin əldə olunmasının mümkünlüyü ilə bağlı bir sıra açıqlamalar verib.

O, bu sözləri Vaşinqtonda NATO-nun baş katibi Rutte ilə görüşündə deyib.

Trampın əsas açıqlamaları bunlardır:

▪️ Tramp Putinin Ukraynada atəşkəsin mümkünlüyü ilə bağlı dediklərini perspektivli sayır;

▪️ Vaşinqton Kiyevlə ərazi məsələsini, o cümlədən münaqişə nəticəsində itirəcəyi torpaqları müzakirə edir;

▪️ Nizamlanma kontekstində Zaporojjya AES-ə nəzarət məsələsi də müzakirə olunur;

▪️ ABŞ-nin Ukrayna ilə bağlı Rusiya ilə qarşılıqlı fəaliyyəti “normal” şəkildə davam edir;

▪️ Tramp Putinlə görüşə hazır olduğunu qeyd edib.

Putin Ukrayna ilə 30 günlük atəşkəsə hazır olduğunu açıqlayıb, lakin qeyd-şərtlərlə.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
8
1
interpress.az

2Mənbələr