AZ

Juninyo yenə qol vurdu - VİDEO

Braziliyada Karioka Liqasının finalında ilk oyun keçirilib.

Qol.az xəbər verir ki, Rio derbisində “Fluminense” “Flamenqo”nu qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda “Flamenqo”da oynayan “Qarabağ”ın sabiq futbolçusu Juninyo 66-cı dəqiqədə Platanın əvəzinə meydana daxil olub. Cəmi 10 dəqiqə sonra isə Juninyo qol vurub (komandasının oyunda ikinci və sonuncu qolu). Bu, onun hazırkı klubunda 2-ci qolu olub (7 oyuna).

Matç “Flamenqo”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Fluminense” - “Flamenqo” - 1:2
Qollar: Fransa, 6 (0:1), Juninyo, 76 (0:2), Keno, 88 (1:2)

Cavab matçı martın 16-da keçiriləcək.


Seçilən
24
2
sherg.az

3Mənbələr