"Real"ın müdafiəçisi Ferlan Mendi zədə səbəbindən ən azı üç həftə meydanlardan uzaq qalacaq.
Sportal.az xəbər verir ki, fransız futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Atletiko"ya qarşı matçın ikinci hissəsinin sonunda sol budunun arxa əzələsini zədələyib və əvəzlənib.
Qeyed edək ki, Mendi bud əzələsindəki zədə səbəbindən 3-4 həftə oynaya bilməyəcək.
saytlarin hazirlanmasi